Fransada İslam düşmənçiliyi artır... - Sayca 22-ci məscid bağlandı

29-12-2021, 07:57           
Fransada İslam düşmənçiliyi artır... -
Fransanın Bove şəhərindəki Bilal Məscidi ilə bağlı məhkəmənin qərarı açıqlanıb.

“Radikal məzmunlu moizələrin oxunması” bahənəsilə ibadətgahın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.Məscidlə bağlı məhkəməyə dekabrın 14-də Bove şəhərinin yerləşdiyi Uaza departamenti rəhbərliyi müraciət edib.

Qubernatorluqdan verilən məlumata görə, 400 nəfərlik ibadətgahla bağlı qərar sabahdan qüvvəyə minəcək.

Qeyd edək ki, bundan öncə də Fransa məhkəmələrində daha 21 məscidin birdəfəlik və ya müvəqqəti bağlanmasıyla bağlı qərarlar qəbul edilib. ( “Haber Global”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru