Maori qəbiləsinin nümayəndəsi dünyanın üzündə döymə olan ilk teleaparıcısıdır

29-12-2021, 08:43           
Maori qəbiləsinin nümayəndəsi dünyanın üzündə döymə olan ilk teleaparıcısıdır
Yeni Zelandiyalı Orini Kaipara dünyada üz döyməsi olan ilk xəbər aparıcısı olub.

O, bədənində və üzündə fərqli döymələr daşıyan Yeni Zelandiyanın yerli Maori xalqının nümayəndəsidir.

Kaiparanın sözlərinə görə, o, üzündəki döyməni 2017-ci ildə etdirib və heç vaxt canlı yayıma çıxması üçün icazə veriləcəyini düşünməyib.

Xanım 2021-ci ildə “Newsshub Live” televiziya kanalında xəbər aparıcısı kimi işə düzəlib. Bu yaxınlaradək o, yalnız gündüz növbələrində işləyib. Dekabrın 27-də isə Kaipara təcili olaraq həmkarını əvəz etməli olub və “prime time” canlı yayıma çıxaraq məşhurlaşıb.

Orini indi axşam efirinə keçməyə ümid edir. Bu, onun üçün irəliyə doğru böyük bir addım olardı.

“Kimliyiniz və ya mədəniyyətinizin sizi məhdudlaşdırmasına icazə verməyin. Əksinə, ondan böyük işlər görmək üçün güc olaraq istifadə edin”, - deyə Orini tövsiyə edir.

Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.