Meksika neft ixracını dayandıracaq

29-12-2021, 09:06           
Meksika neft ixracını dayandıracaq
Meksikadan dünya ölkələrinə neft ixracı 2023-cü ildə demək olar ki, tam başa çatacaq.

Bu barədə “Pemex” dövlət neft-qaz şirkətinin rəhbəri Oktavio Oropesa keçirdiyi mətbuat konfransında məlumat verib.


O bildirib ki, ölkədə yeni neft emalı müəssisələrinin fəaliyyətə başlaması ilə Meksikada hasil olunan bütün neft yerli zavodlarda emal ediləcək.

Qeyd edək ki, 2020-ci ilin sentyabrında Meksika prezidenti Andres Manuel Lopez Obrador da 2024-cü ildə hökumətin səlahiyyət müddəti bitmədən xaricə neft tədarükünü dayandırmaq niyyətində olduğunu açıqlayıb.

Hakimiyyət karbohidrogen ehtiyatlarını gələcək nəsillər üçün qoruyub saxlamaq niyətində olduğunu bəyan edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru