Putin Lukaşenkonu maşınla görüşə apardı

29-12-2021, 19:56           
Putin Lukaşenkonu maşınla görüşə apardı
Sankt-Peterburqda görüş və danışıqlar başlamazdan əvvəl Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkonu maşına mindirib və özü “Mercedes GLE” markalı avtomobili idarə edib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bu gün keçiriləcək görüşdə iki ölkə başçısı Rusiya-Belarus əməkdaşlığını müzakirə edəcək.

Məlumata görə, Putin və Lukaşenko arasında danışıqlar Strelnada Konstantin sarayının salonlarında başlayıb. Bir gün əvvəl prezidentlər artıq MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində görüşüblər.

Bildirək ki, hazırkı danışıqlar başa çatdıqdan sonra Putin və Lukaşenko meydançaya gedəcəklər. Onlar hokkey oynamağa hazırlaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru