Fransada Yeni il tətillərində gecə klublarının fəaliyyəti qadağan edildi

30-12-2021, 08:40           
Fransada Yeni il tətillərində gecə klublarının fəaliyyəti qadağan edildi
Fransada gecə klublarının işinə qoyulan qadağa, COVID-19-a yoluxma hallarının kəskin artması səbəbindən ən azı yanvarın sonuna qədər qüvvədə qalacaq.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan məlumat verib.

“Ölkədə koronavirusun yayılması sürətlənib və biz də öz növbəmizdə xəstəliyin qarşısının alınması istiqamətində fəaliyyətimizi tənzimləməkdə daha fəal olmalıyıq”, - Fransa rəsmisi söyləyib.

J.B.Lemuan əlavə edib ki, hökumət məhdudiyyətlərdən zərər çəkmiş iqtisadi sektorun nümayəndələrinə dəstək tədbirlərini göstərməkdə davam edəcək.

Mənbə: France Inter












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru