Ermənistan prezidenti Çin prezidentindən yüksək maaş alır

30-12-2021, 12:55           
Ermənistan prezidenti Çin prezidentindən yüksək maaş alır
"The Caucasian Telegraph" nəşri dünya prezidentlərinin illik maaşlarını əks etdirən infoqrafika dərc edib.
Ordu.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın illik maaşı 32 min 400 ABŞ dollarıdır.

Bu, postsovet ölkələrində ən yüksək maaşlardan biridir. Məsələn, Qazaxıstan prezidenti 20 min 400 dollar alır, Qırğızıstan prezidentinin maaşı ildə 18 min 800 dollardır, Ukrayna prezidenti isə 11 min 600 dollar maaş alır. Hətta Çin prezidentinin maaşı Ermənistan prezidentinin maaşından aşağıdır. Onun maaşı illik 22.000 dollardır.

Ən yüksək maaşı ərəb dünyasının liderləri alır. Üçüncü yeri 1 milyon 968 milyon 768 min ABŞ dolları illik əmək haqqı ilə Bruney Sultanı tutur. İkinci ən yüksək maaş ildə 4 608 273 000 ABŞ dolları olmaqla BƏƏ prezidentinə verilir, dünyada ən yüksək maaş isə ildə 9 600 000 000 ABŞ dolları olmaqla Səudiyyə Ərəbistanı kralına məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru