Putinin təbrik etmədiyi 2 Prezident: ONLAR KİMDİR?
31-12-2021, 00:05
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın yeni kansleri Olaf Şolz, ABŞ Prezidenti Cozef Bayden, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron da daxil olmaqla 42 ölkənin liderlərini Yeni il və Milad bayramı münasibətilə təbrik edib.
Cebhe.info xəbər verir ki, təbriklər siyahısında Gürcüstan Prezidenti Salome Zurabişvili və Ukrayna lideri Vladimir Zelenski yer almayıb.
Putin keçmiş dövlət başçılarını da təbrik edib. Məsələn, Angela Merkel, Silvio Berluskoni və Benyamin Netanyahuya məktub göndərilib.
Beynəlxalq təşkilatların rəhbərlərinə ayrı-ayrılıqda təbriklər gedib: BMT-nin baş katibi Antonio Quterreş, Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bu sıradadır.