Koreya müharibəsi sona çatır?

31-12-2021, 08:08           
Koreya müharibəsi sona çatır?
Cənubi Koreya və ABŞ Koreya Müharibəsini rəsmən bitirmək üçün potensial bəyannamə layihəsinin mətni üzərində razılığa gəliblər.

Teref.az-ın yazdığına görə, Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın xarici işlər naziri Yung Ui Yanq keçirdiyi mətbuat konfransında bildirib.
Koreya müharibəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatıb və buna görə də yarımada texniki olaraq hələ də müharibə vəziyyətindədir.
“Cənubi Koreya və ABŞ artıq müharibənin başa çatmasının əhəmiyyətini anlayırlar və hər iki tərəf faktiki olaraq layihə mətni üzərində razılığa gəliblər. Şimali Koreya dəfələrlə müsbət reaksiya göstərib, lakin biz bir qədər daha konkret reaksiya gözləyirlər”, - deyə o qeyd edib.
Cənubi Koreyanın XİN rəhbəri həmçinin qeyd edib ki, hökumət Şimali Koreya ilə danışıqlarda irəliləyiş əldə etməyin yollarını axtarır. Mümkün bəyannamənin mətni hələlik KXDR-ə göndərilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru