Rusiyalı alimlər CƏHƏNNƏMİN ÖYRƏNİLMƏSİNƏ üç milyon pul xərclədi
31-12-2021, 08:18
Moskva Fəlsəfə İnstitutunun şər və cəhənnəmin öyrənilməsi üçün xərclədiyi vəsaitin məbləği açıqlanıb.
Teref.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət satınalmalarının saytında məlumat verilib.
“Cəhənnəmin varlığı şərdirmi” mövzusunda elmi işlərin həyata keçirilməsinə 742 min rubl dəyərində pul xərclənib.
Qeyd edək ki, Fəlsəfə İnstitutu 19-20-ci əsr Avstriya fəlsəfəsi ilə bağlı cəhənnəm problemlərinin öyrənilməsinə son üç ayda təxminən üç milyon rubl xərcləyib.