Səddam Hüseynin vəkili: “Amerikalılar bütünlükdə prosesi idarə edirdilər”

31-12-2021, 09:07           
Səddam Hüseynin vəkili:
ABŞ hökuməti İraqın keçmiş prezidenti Səddam Hüseyni məhkəmədə müdafiə edən vəkillər qrupuna təzyiq göstərib və məhkəmə tribunalının apardığı mühakimə prosesini idarə edib.

Bu açıqlama ilə Səddam Hüseynin vəkili Hüseyn Buşra Xəlil çıxış edib.

“Amerikalıların güclü təzyiqi altında idim. Düzünü desəm, qətlə yetiriləcəyimdən qorxurdum, çünki prosesin gedişatında bir neçə vəkil öldürülmüşdü. Hakim bir neçə dəfə məni məhkəmə salonundan çıxartdı”, - deyə İraq prezidentinin vəkili olmuş şəxs bildirib.

Hüseyn Buşra Xəlil fikrinin davamında qeyd edib ki, bundan sonra amerikalılar onunla əlaqəyə girib və yalnız susmaq qarşılığında prosesdə iştirak etməyə icazə verəcəklərini söyləyiblər.

Vəkil vurğulayıb ki, amerikalılar bütünlükdə prosesi idarə edirdilər.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru