Britaniyada məmurlara “Brexit” sözünü işlətmək qadağan olundu

31-12-2021, 10:08           
Britaniyada məmurlara “Brexit” sözünü işlətmək qadağan olundu
Britaniyada dövlət qulluqçularına krallığın Avropa İttifaqından çıxması mənasını verən “Brexit” ifadəsindən istifadə etmək qadağan olunub.

Hökumətin dil üslubu bələdçisi məmurlara yalnız lazım gəldikdə “tarixi kontekstdə” bu sözdən istifadəni tövsiyə edib.

Həmçinin dövlət qulluqçularına London və Brüsselin çıxış şərtləri ilə bağlı razılığa gəldiyi ayları şərtləndirən “keçid dövrü” terminindən də yayınmaq məsləhət görülüb.

“Brexit” əvəzinə “31 dekabr 2020-ci il” və ya “Böyük Britaniya Aİ-dən çıxdıqda”, “keçid dövrü” əvəzinə isə “31 dekabr 2020-ci il tarixinədək” və ya 1 yanvar 2021-ci il tarixindən sonra” ifadələri işlədilməlidir”, - deyə sənəddə qeyd olunub.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru