Sərhədin o tayındakı heç bir ordu bizi qorxuda bilməz - Zelenski

1-01-2022, 11:16           
Sərhədin o tayındakı heç bir ordu bizi qorxuda bilməz - Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, sərhədin o tayındakı istənilən ordu ukraynalıları qorxutmur, çünki sərhədin Ukrayna tərəfindəki ölkənin sarsılmaz ordusu onları qoruyur.
Teref.az bizimyol.info-a istinadən xəbər verir ki, prezident bunu ukraynalılara Yeni il müraciəti zamanı deyib.

"Onlar bizi həm ölkə daxilindən, həm də kənardan qorxutmağa çalışırlar. Amma sərhədin o tayında olan heç bir ordu bizi qorxutmur, çünki sərhədin biz tərəfindəki sarsılmaz ordumuz bizi qoruyur", - deyə dövlət başçısı vurğulayıb.

O, son iki ildə və bu il ordunun Ukrayna tarixində ən böyük büdcəyə malik olmasından şad olduğunu vurğulayıb. //UNİAN//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru