İranda sərhədçilərlə silahlılar arasında atışma: ölənlər və yaralılar var

2-01-2022, 00:04           
İranda sərhədçilərlə silahlılar arasında atışma:
İranın Sistan və Bəluçistan əyalətlərində sərhədçilərlə silahlı şəxslər arasında atışma olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı fars mətbuatı yayıb.

Mənbə yazır ki, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadası qüvvələri əyalətin Kurin bölgəsində keçirdiyi əməliyyatda 5 silahlı dəstə üzvü öldürülüb, 5 nəfər isə yaralanıb.

Silahlıların gizləndiyi yer və qərargahı darmadağın edilib.

Atışma zamanı SEPAH-ın 3 hərbçisi yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru