Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır

2-01-2022, 11:17           
Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır
Professor Mitinori Koharonun rəhbərlik etdiyi Tokio Universitetindən olan bir qrup alim COVID-19-a qarşı ömürlük immunitet yaradacaq peyvənd üzərində çalışır.

Alimlər bunun üçün çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürüblər.

“Çiçək peyvəndi virusu vektorundan istifadə olunan preparatlar dünyada ən güclü sayılır”, - deyə M.Kohara bildirib.

Sözügedən peyvəndin kliniki sınaqlarının birinci və ikinci fazası 2023-cü ilin ilk yarısında keçiriləcək.

Mənbə: Japan Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru