Fransada “siyasilərin qiyamı” - 800 diplomatdan Makrona etiraz

2-01-2022, 11:09           
Fransada “siyasilərin qiyamı” -
Fransanın xarici nümayəndəliklərində işləyən 800 yüksək vəzifəli diplomat Prezident Emmanuel Makronun siyasətindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyinin nəzdindəki iki qurumun ləğvi ilə diplomatlar öz işlərini tamamilə itirməyə hazırlaşırlar.

Makron ötən ilin aprelində ali dövlət xidmətlərinin yenidən təşkili ilə bağlı qərar imzalayıb, Fransanın xarici işlər üzrə məşvərət və səlahiyyətli departamentlərinin 2023-cü ildə bağlanacağını açıqlayıb.

Oktyabr ayında işlərini itirəcək diplomatlara yeni vəzifələrin veriləcəyi bildirilib.

Sözügedən kadrlara nazirliklər arasında keçid imkanı verilsə də, əvvəlki vəzifələrini itirəcək diplomatlar qərara etiraz edirlər.

“Le Monde” qəzetinə açıq məktub göndərən 150 diplomat deyib:

“Əgər bizə diplomat olaraq vəzifə verilibsə, bu, xaricdə işləmək üçündür. Bir gün Maliyyə Nazirliyində və ya Daxili İşlər Nazirliyində işləmək üçün yox”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru