ABŞ-ın İraqdakı səfirliyində həyəcan siqnalı verilib

2-01-2022, 12:13           
ABŞ-ın İraqdakı səfirliyində həyəcan siqnalı verilib
2022-ci il təqvim ilinin ilk günü ABŞ-ın İraqın paytaxtı Bağdadda yerləşən səfirliyinin təhlükəsizliyi bir neçə dəfə gücləndirilib, səfirlik binası daxilində ehtimal edilən hücumla əlaqədar həyəcan siqnalı çalınıb.

İraq mətbuatının yazdığına görə, buna səbəb kimi ötən ilin yanvar ayının biri Yaşıl Bölgədəki ABŞ səfirliyinə qarşı həyata keçirilmiş raket hücumudur.

Xatırladaq ki, ötən ilki raket hücumu 2020-ci ilin yanvarın 3-də Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülən iranlı general Qasım Süleymanin və İraq Xalq Səfərbərlik Qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndisinin öldürülməsinə etiraz əlaməti olaraq həyata keçirilib.

Mənbə: Mehr












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru