II Yelizaveta zorlamada ittiham edilən oğlunu tituldan məhrum edə bilər

3-01-2022, 08:55           
II Yelizaveta zorlamada ittiham edilən oğlunu tituldan məhrum edə bilər
Böyük Britaniya kraliçası II Yelizavetanın oğlu York hersoqu Endryu Əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum edilə bilər.
Yerli mətbuatın məlumatın görə, əgər şahzadə Endryu ABŞ məhkəməsində 17 yaşlı qızın zorlanması üzrə məhkəmə işini uduzsa, kraliça belə bir qərar qəbul edə bilər.

Qeyd edək ki, Virciniya Jufren (nikahdan əvvəl Roberts) adlı xanım hələ 2001-ci ildə, 17 yaşı olarkən Şahzadə Endryu tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib. York hersoqu isə deyilənləri təkzib edib.

Qadının iddiası ilə bağlı növbəti məhkəmə iclası yanvarın 4-də Nyu-Yorkun Cənub Dairə Məhkəməsində keçiriləcək.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru