Bu ölkədə azı 20 nəfər öldürülüb- silahlı toqquşmalar zamanı

3-01-2022, 10:51           
Bu ölkədə azı 20 nəfər öldürülüb-
Kolumbiyanın Venesuela ilə sərhədində yerləşən Arauka departamentində keçmiş “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu” silahlı qruplaşmalarının üzvləri arasında baş verən toqquşmalarda azı 20 nəfər həlak olub.

“Caracol Television” xəbər verir ki, bu barədə Araukuita bələdiyyəsinin rəhbəri Etelivar Torres bildirib. Bələdiyyə rəsmisinin sözlərinə görə, məlumat yerli sakinlərdən daxil olub və hələ ki, rəsmi təsdiqini tapmayıb. Toqquşmaların Saravena, Fortul və Tame bələdiyyələrində də baş verdiyi bildirilir.

Torres prezident İvan Dukeni, regionun Ombudsman ofisini və insan haqları müdafiəçilərini hadisələrə müdaxilə edərək zorakılığa son qoymağa çağırıb. O, xəbərdarlıq edib ki, qətllərdən sonra yüzlərlə insan artıq evlərini tərk etməyi planlaşdırır.

Ümumi uzunluğu 2,2 min kilometrdən çox olan Kolumbiya və Venesuela sərhədində "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri” və “Milli Azadlıq Ordusu”ndan olan qeyri-qanuni qruplar fəal şəkildə fəaliyyət göstərir.
Yenixeber.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru