Braziliya prezidenti qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib

4-01-2022, 08:19           
Braziliya prezidenti qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilib
Braziliya prezidenti Jair Bolsonaro qarın ağrısı şikayəti ilə bazar ertəsi San-Pauludakı özəl klinikaya aparılıb.

Bu barədə Braziliya dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Jair Bolsonaro qarın nahiyəsində narahatlıq səbəbilə müayinə olunmaq üçün bazar ertəsi gecə San-Pauludakı “Vila Nova Star” klinikasına aparılıb”, - məlumatda qeyd edilir.

Bolsonaronun özünü yaxşı hiss etdiyi bildirilir. Onun səhhəti ilə bağlı əlavə təfərrüatlar barədə məlumat verilməyib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru