ABŞ-da koronavirusla bağlı daha bir ilk yaşandı

5-01-2022, 07:48           
ABŞ-da koronavirusla bağlı daha bir ilk yaşandı
ABŞ-da pandemiyanın başlanğıcından bəri ilk dəfə 100 mindən çox koronavirus xəstəsi xəstəxanalara müraciət edib,
Teref.az-ın yazdığına görə, Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin son məlumatlarına görə, bu gün omikron ştammının yayılması şəraitində ABŞ xəstəxanalarında 103 min 329 nəfər COVİD-19 ilə qeydiyyata alınıb. Hazırda reanimasiya şöbələrində 18,5 min nəfər koronavirusa yoluxub ki, bu da reanimasiyada olan xəstələrin dörddə birini təşkil edir.
Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri ABŞ-da 56 milyondan çox koronavirus infeksiyası aşkar edilib, 820 mindən çox insan həmin xəstəlikdən dünyasını dəyişib. Ölkə bu iki göstəriciyə görə dünyada birinci yeri tutmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru