Koronavirus Antarktidaya çatdı

5-01-2022, 07:59           
Koronavirus Antarktidaya çatdı
Koronavirus artıq Antarktidaya da çatıb.

Belə ki, virus Belçikaya məxsus tədqiqat stansiyası əməkdaşları arasında geniş yayılıb. Alimlərin üçdə ikisinin COVID-ə yoluxduğu bildirilib.
Stansiya əməkdaşlarının hər birinin iki doza peyvənd olunduğu qeyd edilib.

Yanvarın 12-dək stansiyaya giriş qadağan olunub. Epidemiya ilə bağlı tədqiqat mərkəzində işlər dayandırılıb. Həmçinin stansiyaya yola düşməyə hazırlaşan yeni elmi missiyanın səfəri də ləğv edilib.

Qeyd edək ki, hazırda mərkəzdə 30 nəfər alim çalışır.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru