Peruda min yaşlı mumiya tapıldı

5-01-2022, 11:25           
Peruda min yaşlı mumiya tapıldı
Arxeoloqlar Perunun Kaxamarquilya bölgəsində təxminən 1000 illik mumiya aşkarlanıb.

Yenisabah.az "LiveScience"ə istinadla xəbər verir ki, mumiya iplərlə bağlanıb və fetal vəziyyətdə olub.

Tədqiqatçıların fikrincə, mumiyanın dəfn edildiyi vaxt Kaxamarquilya Rimak çayının sağ sahilində, təxminən 25 km içəridə yerləşən böyük ticarət şəhəri imiş.

18-22 yaşlı kişinin mumiyası yeddi pilləli yeraltı məzarda tapılıb. O, çox yaxşı qorunub saxlanılıb.

Mumiya parça ilə örtülüb və kəndirlə bağlanılıb ki, bu da o dövr üçün adi haldır.

Arxeoloqlar qrupuna rəhbərlik edən San-Markos Milli Universitetinin arxeologiya professoru Peter Van Dalen Luna bildirib ki, mumiyanın yaxınlığında it və qvineya donuzunun qalıqları, həmçinin qarğıdalı və digər tərəvəzlər tapılıb.

Dəfn edilən adam təxminən 1200 ilə 800 arasında ölüb və varlı bir tacirin oğlu ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.