ABŞ koronavirusa qarşı “Pfizer” həblərinin satınalma həcmini iki dəfə artıracaq

5-01-2022, 11:12           
ABŞ koronavirusa qarşı “Pfizer” həblərinin satınalma həcmini iki dəfə artıracaq
ABŞ “Pfizer” şirkətinin koronavirusa qarşı həblərinin satınalma həcmini azı iki dəfə artıracaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Cozef Bayden məlumat verib.

İlkin olaraq, 10 milyon doza preparatın alınması planlaşdırılırdı.

Qeyd edək ki, “Pfizer” şirkətinin həbləri “Paxlovid” adlanır. Bu həblərdən xəstəliyin simptomlarının meydana gəlməsindən sonra 5 gün ərzində istifadə etmək tövsiyə olunur. ABŞ-da bu dərman vasitəsindən istifadəyə ötən ay icazə verilib. Onun yan təsirləri sırasında dadbilmə hissinin itirilməsi, diareya, yüksək təzyiq və əzələ ağrıları göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru