Pekin nüvə silahının ləğvi barədə müqaviləyə qoşulmağa hazırlaşmır

6-01-2022, 00:01           
Pekin nüvə silahının ləğvi barədə müqaviləyə qoşulmağa hazırlaşmır
Pekin əvvəlki kimi, Rusiya və ABŞ arasındakı nüvə silahının ləğvi barədə müqaviləyə qoşulmağa hazırlaşmır, çünki bunu yetərli hesab etmir. Bu barədə ÇXR XİN silahlanmaya nəzarət üzrə departamentin direktoru Fu Tsun bəyan edib.

Onun sözlərinə görə, Rusiya və ABŞ hüquqi baxımdan nəinki özünün nüvə arsenalının ixtisarını müqavilə ilə təsdiq etməli, həm də vacibdir ki, belə silahların tam məhvini həyata keçirsin.

“Pekin Rusiya-Amerika danışıqlarına o zaman qoşulacaq ki, onlar nüvə arsenalını ÇXR səviyyəsinə qədər ixtisar edəcəklər” – deyə diplomat bəyan edib.

Bundan əvvəl Çin, Rusiya, Böyük Britaniya, ABŞ və Fransa nüvə müharibəsinin qarşısının alınması və silahlanmaya yol verilməməsi barədə birgə bəyanatla çıxış ediblər. Rusiyanın təşəbbüsü ilə hazırlanmış sənəd Kremlin saytında yanvarın 4-də dərc olunub.

Birgə bəyanatda qeyd olunur ki, «nüvə beşliyinin» birinci dərəcəli məsuliyyəti nüvə silahına malik olan ölkələr arasında müharibəyə yol verilməməsindən və strateji risklərin aşağı salınmasından ibarətdir.azpolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.