Qazaxıstanda son durum: Tokayev KTMT-yə üzv ölkələrdən hərbi yardım istədi

6-01-2022, 08:38           
Qazaxıstanda son durum:
Qazaxıstan prezidenti xalqa növbəti müraciətlə çıxış edib və KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Sputnik Qazaxıstan xəbər verir ki, Tokayev yeni müraciətlə çıxış edib və KTMT tərəfdaşlarından hərbi yardım istəməyin zəruriliyini bildirib.
Xatırladaq ki, Almatıda və Qazaxıstanın qərbində baş verən iğtişaşlar səbəbindən bütün Qazaxıstanda fövqəladə vəziyyət tətbiq edilib.
Səkkiz nəfər polis zabiti və milli qvardiyaçının öldüyü məlumdur. Yerli KİV Almatıda talan baş verdiyini yazır.
Qazaxıstan DİN təhlükəsizlik qüvvələrinin 300-dən çox əməkdaşının yaralandığını bəyan edub.
DİN azğınlığın və talan aktlarının təxribatçılar tərəfindən təşkil edildiyini vurğulayıb, kütləni təxribatlara uymamağa çağırıb.
Lukaşenko Qazaxıstandakı vəziyyətlə bağlı Putin və Tokayevə zəng edib
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə Qazaxıstandakı vəziyyətlə bağlı telefon danışığı aparıb.
"Belarus prezidenti əvvəlcə rusiyalı, sonra isə qazaxıstanlı həmkarı ilə Qazaxıstandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparıb. Bütün Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatı ölkələrinin liderləri daimi təmasdadırlar”,Belarus prezidentinin “Pul pervoqo Telegram” kanalının yaydığı məlumatda deyilir.
Qazaxıstanda iğtişaşlar
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən ötən gün Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bu gün ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru