Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi

6-01-2022, 00:18           
Qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verildi
Qazaxıstan 180 gün müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinə dövlət tənzimlənməsi tətbiq ediləcək.
Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə göstəriş verib.
Daha sonra Baş nazirin səlahiyyətlərini icra edən Əlixan Smailov dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirib.

Müşavirədə aidiyyəti dövlət qurumlarına maye qazın satışında qiymət sövdələşməsi və digər rəqabətə zidd hərəkətlərə görə araşdırma aparmaq, qərb regionlarının – Mangistau, Atırau, Aktobe və Qərbi Qazaxıstan vilayətlərinin inkişafı üzrə kompleks planları aktuallaşdırmaq tapşırılıb.

Ə.Smailov maye qazın, benzinin və dizel yanacağının qiymətlərində 180 gün müddətində dövlət tənzimlənməsinin tətbiqi ilə bağlı müvafiq normativ aktın qəbul edilməsini də tapşırıb.

Qeyd edək ki, Qazaxıstanda maye qaz qiymətlərinin bahalaşması ilə bağlı aksiya keçirilib. Aksiyalar zamanı 100-ə yaxın polis əməkdaşı xəsarət alıb, 200-dən çox insan saxlanılıb. Manqistau vilayəti və Almatı şəhərində fövqəladə vəziyyət rejimi elan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru