Tokio ABŞ hərbçilərinin Yaponiya daxilində hərəkətinə məhdudiyyətlər qoyulmasını tələb edib

7-01-2022, 00:02           
Tokio ABŞ hərbçilərinin Yaponiya daxilində hərəkətinə məhdudiyyətlər qoyulmasını tələb edib
Rəsmi Tokio koronavirus pandemiyasının yayılması ilə əlaqədar ABŞ hərbçilərinin Yaponiya daxilində hərəkətinə məhdudiyyət qoyulmasını tələb edib.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 6-da Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirilən telefon danışığından sonra təşkil edilən mətbuat konfransında bildirib.

“ABŞ hərbi bazalarında koronavirusla əlaqədar vəziyyətə gəldikdə, mən yoluxmanın yayılmasına qarşı tədbirləri gücləndirməyə, həmçinin hərbçilərin bazadan çıxışına məhdudiyyətlər qoyulmasına çağırdım. E.Blinken bəyan etdi ki, xahişimizi Pentaqona çatdıracaq və ABŞ virusun yayılmasının qarşısını almaq üçün mümkün olan bütün addımları atacaq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, dekabrın sonunda ABŞ-ın Yaponiyadakı bir neçə hərbi bazasında virusa yoluxma halları kəskin artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru