ABŞ dövlət katibi Yaponiya XİN başçısı ilə "Rusiyanı çəkindirməyi" müzakirə edib

7-01-2022, 08:33           
ABŞ dövlət katibi Yaponiya XİN başçısı ilə "Rusiyanı çəkindirməyi" müzakirə edib
ABŞ dövlət katibi Entoni Blinken və Yaponiyanın xarici işlər naziri Yosimasa Xayasi yanvarın 5-də telefonla «Rusiyanı çəkindirmək» səyləri kontekstində Ukrayna ətrafındakı situasiyanı və Pxenyanın raket atışını müzakirə ediblər.

Bu barədə Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

«Onlar Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyi təsdiq edərək, Rusiyanı gələcək hərbi fəaliyyətdən və ya digər aqressiv addımlardan çəkindirmək səylərini müzairə ediblər» - o, qeyd edib.

«Dövlət katibi Blinken KXDR tərəfindən ballistik raket atışını qınayıb və qeyd edib ki, ABŞ əvvəlki kimi, Yaponiyanı müdafiə etməkdə qərarlıdır. Onlar həm də Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və ərazidə möhkəm sülhün bərqərar edilməsi məqsədi ilə əməkdaşlığı müzakirə ediblər» - Prays əlavə edib.

Onun sözlərinə görə, Blinken və Xayasi həm də ABŞ-Yaponiya alyansını təkmilləşdirmək istəyini ifadə ediblər və strateji məqsədləri razılaşdırmaq, bundan sonra da əməkdaşlığı möhkəmləndirmək niyyətində olduqlarını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.