Kim Çen In barədə tənqidi yazıya görə KXDR vətəndaşlarından əlyazma nümunələri götürülüb

7-01-2022, 08:36           
Kim Çen In barədə tənqidi yazıya görə KXDR vətəndaşlarından əlyazma nümunələri götürülüb
KXDR hakimiyyəti şəhərin küçələrindən birində ölkə rəhbəri Kim Çen Inın ünvanına tənqidi yazıdan sonra vətəndaşlardan əlyazma nümunələri tələb edib.

"Report" LADBible-yə istinadən xəbər verir ki, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin plenar iclasının iclası zamanı Pxenyanın nüfuzlu rayonlarından birində divara tənqidi sözlər yazılıb. Dekabrın 22-də qraffiti aşkar edildikdən sonra yerli hakimiyyət həmin yazını götürüb və ərazini mühasirəyə alıb.

Divarda "Kim Cen In pis adamdır. Sənin üzündən insanlar aclıqdan ölür" yazılıb.

Bundan sonra polis əməkdaşları cinayətkarı tapmaq üçün yerli sakinlərdən və tələbələrdən əlyazma nümunələrini götürüblər. Bundan əlavə, rəsmilər müşahidə kameralarından videoya baxır, lakin yazının müəllifi hələ də məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru