Si Cinpin “müharibələrdə qalib gələ biləcək peşəkar ordu yaratmağa” çağırdı

7-01-2022, 08:15           
Si Cinpin “müharibələrdə qalib gələ biləcək peşəkar ordu yaratmağa” çağırdı
Çin rəhbəri Si Cinpin yeni ildə Xalq Azadlıq Ordusuna ilk yazılı əmrini verib.

O, bildirib ki, müharibə şərtləri qabaqcıl texnologiyaların dəyişməsi səbəbindən yenidən işlənib hazırlanmalıdır.

Sənəddə Çin lideri milli təhlükəsizliyin və müharibə şəraitinin dəyişən mənzərəsini effektiv şəkildə dərk etməyin vacibliyini vurğulayıb. O, qeyd edib ki, ordudakı bütün zabit və əsgərlər komandanlıq, eləcə də döyüş bacarıqlarını təkmilləşdirəcək təlim keçməlidirlər.

Ölkə başçısı həmçinin təlim və əməliyyat təcrübəsinin daha yaxşı birləşdirilməsi, texnologiyalardan istifadənin artırılmasını tapşırıb.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru