Yaponiyada koronavirusun altıncı dalğası başlayıb

7-01-2022, 09:33           
Yaponiyada koronavirusun altıncı dalğası başlayıb
Yaponiya koronavirus infeksiyalarının altıncı dalğasına daxil olub.

Bu barədə ölkənin Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilatın həkimlərinin fikrinə əsasən bildirib.

“Hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusən də, bu dəfə xəstəliklərin sayı artmağa başlayandan bəri onların artım tempi son dərəcə yüksəkdir”, - deyə o qeyd edib.

Cümə axşamı Yaponiyada sentyabrın ortalarından bəri ilk dəfə gündə 4 475 koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bu, əvvəlki günlə müqayisədə təxminən iki dəfə, iki gün əvvəlki ilə müqaisədə isə dörd dəfə çoxdur.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru