160 nüvə başlığı daşıyan Rusiya sualtı qayığı ABŞ-ın “burnunun ucunda” peyda oldu - PUTİN KARİB BÖHRANINI TƏKRARLAMAQ İSTƏYİR?

14-01-2022, 18:36           
160 nüvə başlığı daşıyan Rusiya sualtı qayığı ABŞ-ın “burnunun ucunda” peyda oldu
Göyərtəsində hərəsi 10 nüvə başlığı ilə təchiz edilmiş 16 ballistik raket daşıyan “Borey” Rusiya sualtı qayığı gözlənilmədən ABŞ sahillərində peyda olub.

Qafqaz.media virtualaz.org-a istinadən xəbər verir ki, Vaşinqtonla Moskva arasında münasibətlərin son dərəcə gərgin olduğu indiki vaxtda sualtı qayığın ABŞ sahillərində peyda olması ciddi narahatlıq yaradıb. “NetEase” nəşrinin bildirdiyinə görə, Rusiya sualtı qayığı ABŞ sahillərində xeyli qalıb və onun yerini dərhal aşkarlamaq mümkün olmayıb. ABŞ-ın sualtı qayıqları aşkarlayan təyyarələri qayığı ancaq bazaya qayıtmağa başlayanda aşkar edə biliblər.

“Rusiya Hərbi Dəniz Qüvvələrinin ən güclü sualtı qayığı “Borey” cəsarətlə ABŞ-ın sahillərinə yaxınlaşıb, bu da Vaşinqton üçün olduqca narahatedici faktdır”, -nəşr bildirir. İnsidentin təfərrüatları göstərilmir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın Kuba və Venesuelada raketlər yerləşdirə biləcəyi açıqlanmışdı. Xarici işlər nazirinin müavini Sergey Ryabkov bu ssenarinin istisna edilmədiyini bildirmişdi. ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün Vaşinqtonda keçirdiyi brifinqdə bəyan edib ki, Rusiya Kuba və Venesuelada öz raketlərini yerləşdirməyə cəhd etsə Birləşmiş Ştatların buna cavabı çox sərt olacaq.

Ötən əsrin 60-cı illərində Rusiyanın Kubada nüvə raketləri yerləşdirməsi Moskva ilə Vaşinqtonu nüvə müharibəsinin bir addımlığına gətirmişdi və tarixdə bu hadisələr “Karib böhranı” kimi qalıb. O zaman Rusiya ABŞ-ın Türkiyə və İtaliyada nüvə başlıqları yerləşdirməsinə cavab olaraq Kubaya nüvə raketləri daşıyan gəmiləri gizlicə göndərmişdi.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.