Fransa uyğur türklərinə qarşı zorakılığı soyqırım kimi tanıdı

21-01-2022, 08:08           
Fransa uyğur türklərinə qarşı zorakılığı soyqırım kimi tanıdı
Fransa Çinin Sincan-Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı siyasətini soyqırım kimi tanıyıb.

Uyğurlara qarşı soyqırımı pisləyən qanun layihəsi ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyada səs çoxluğu ilə qəbul edilib.

Müxalif Sosialist Partiyasının təqdim etdiyi layihəni prezident Emmanuel Makronun partiyası da dəstəkləyib.

Maraqlıdır ki, qanun fevralın 4-də Pekində başlayacaq Qış Olimpiya Oyunları ərəfəsində qəbul edilib.

Qeyd edək ki, bir müddət öncə ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya kimi bir sıra ölkələr Çində insan hüquqlarının pozulması səbəbilə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib.

Fransa boykotda iştirak etməyəcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru