Britaniya hərbçilərini Ukraynaya göndərdi

21-01-2022, 12:31           
Britaniya hərbçilərini Ukraynaya göndərdi
Böyük Britaniya yeni yaradılmış xüsusi təyinatlı briqadasının 30-a yaxın hərbçisini Ukraynaya yerləşdirib.

Bu barədə “Sky news” məlumat yayıb.

“30-a yaxın elit britaniyalı hərbçidən ibarət qrup Böyük Britaniyanın hədiyyə etdiyi yeni tank əleyhinə silahlardan istifadə etmək üçün Ukraynaya gəlib. Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmi saytında ordunun dörd gözətçi batalyonunun daxil olduğu bildirilir",- məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl krallığın müdafiə nazirinin müavini Ceyms Hippi Böyük Britaniyanın Ukraynanı bir neçə min yüngül tank əleyhinə raketlə təchiz etdiyini bildirib./modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru