"Nüvə sazişi Rusiya ilə ABŞ arasında əməkdaşlığın nümunəsidir" - ABŞ dövlət katibi

22-01-2022, 08:17           
"Nüvə sazişi Rusiya ilə ABŞ arasında əməkdaşlığın nümunəsidir" -
"İranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı əməkdaşlığın nümunəsidir".

Bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Xarici işlər naziri ilə İranla bağlı müzakirələr aparmaq fürsətimiz oldu. Bu da Birləşmiş Ştatlarla Rusiyanın birgə maraq kəsb edən təhlükəsizlik məsələləri ilə bağlı birgə çalışa bilmələrini sübut edir”, - Blinken qeyd edib.

Dövlət katibi JCPOA-nın bərpasına dair rəsmi Tehranla danışıqların kritik məqama çatdığını da dilə gətirib: “Qarşıdakı bir neçə həftə ərzində razılaşma əldə olunmasa, JCPOA-nın bərpasını mümkünsüz olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru