ABŞ Ukraynaya müxtəlif çaplı döyüş sursatlarının daha bir partiyasını çatdırıb. Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov cümə günü Twitter-də bildirib.
“Ukraynaya 81 ton müxtəlif çaplı döyüş sursatları çatdırılıb. Gələn həftə biz növbəti Amerika təyyarəsini gözləyirik”, - o yazıb. Reznikov ABŞ tərəfinə göstərdiyi köməyə görə təşəkkür edib.
"RBK-Ukrayna" cümə günü Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Ukraynaya ümumilikdə təxminən 200 milyon dollar dəyərində 45 reyslə hərbi yardım çatdırmağı planlaşdırır. Amerikanın yardımına döyüş sursatları, tank əleyhinə silahlar, atıcı və diqər növ silahlar daxildir.