"Qərb Rusiyaya qarşı sanksiyaları təmin edəcək mexanizm yaratmalıdır" - Polşanın baş naziri

11-07-2025, 17:14           
"Qərb Rusiyaya qarşı sanksiyaları təmin edəcək mexanizm yaratmalıdır" -
Qərb ölkələri uzun müddətə anti-Rusiya sanksiyalarının təmin edilməsi mexanizmini hazırlamalıdır.

"Report"un "TVP İnfo" telekanalına istinadən verdiyi xəbərə görə, bu təklifi Polşanın Baş naziri Donald Tusk irəli sürüb.

“Avropa-Amerika daimi sanksiyalar siyasəti uzun illər birgə olmalıdır, çünki Rusiya problem yaradır və tərəfdaş deyil, problem olacaq”, - Polşanın baş naziri Romada keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, iyulun 7-də Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Avropa İttifaqı 2022-ci ildən bu günədək Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır. Nazirin sözlərinə görə, bunlar neft gəlirlərinə, Rusiyanın maliyyə oyunçularına və Moskvaya məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək edən digər ölkələrdəki vasitəçilərə təsir edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru