"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"- Əbdül Malik əl-Husi

11-07-2025, 15:34           
"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"-
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qəzza zolağında münaqişə həll olunana qədər İsrailə gedən və ya onunla əməkdaşlıq edən şirkətlər tərəfindən idarə olunan gəmilərə hücumlarını davam etdirəcəklər.


“Al Masirah” telekanalı xəbər verir ki, bu barədə üsyançıların lideri Əbdül Malik əl-Husi bildirib.

“Bəzi gəmiçilik şirkətləri qadağalarımızı pozmağa başlayıb və blokadaya məhəl qoyula bilməyəcəyini düşündüklərindən Umm ər-Rəşraş limanına (Eylat şəhəri - red.) daşınmalar həyata keçirməyə başlayıblar. Pozuntuya yol vermiş şirkətlərə məxsus iki gəminin batırılması ilə nəticələnən əməliyyatlar İsrailin Qəzzaya qarşı təcavüzü başa çatdırılmayınca və anklavın blokadasını aradan qaldırmayınca İsrail istiqamətində gəmiçiliyin qadağan olduğunu təsdiqləyir”, - o deyib.

Əl-Husi xatırladıb ki, yəmənli üsyançıların Ədən körfəzi, Qırmızı dəniz və Ərəbistan dənizi suları vasitəsilə gəmiçiliyi qadağan etmək qərarı ləğv edilməyib və İsrail ordusu Qəzzada əməliyyatı dayandırana qədər qüvvədə qalacaq.

“Qırmızı dənizdə baş verənlər aşkar dərsdir: Düşmən İsrail ilə işləməyə davam edən bütün gəmiçilik şirkətləri sərt tədbirlərlə üzləşəcək”, - deyə əl-Husi fikrini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru