Alimlər təşviş içində: Yaponiyada iki ada bir-birindən 10 sm uzaqlaşıb

Bu gün, 17:04           
Alimlər təşviş içində: Yaponiyada iki ada bir-birindən 10 sm uzaqlaşıb
Yaponiyanın cənub-qərbindəki iki kiçik ada qeyri-adi geoloji davranış nümayiş etdirərək üç gün ərzində bir-birindən təxminən 10 sm məsafədə aralanıb.

Oxu.Az NHK-ya istinadən xəbər verir ki, bu nadir hadisə regionda seysmik aktivliyin artması ilə bağlıdır.

Bununla bağlı regionda geoloji tədqiqatlar aparılıb. Tədqiqatın nəticələri alimləri təşvişə salıb. Belə ki, Kodakaradzima adası 6 sm şimal-qərb istiqamətində, qonşu Takaradzima adası isə 3.5 sm cənuba doğru irəliləyib. Bu dəyişikliklər iyulun 2-də qeydə alınan 5.6 bal gücündə zəlzələdən sonra üç gün ərzində baş verib.

Alimlər vurğulayır ki, bu bölgədəki adaların belə çoxistiqamətli hərəkətləri əvvəllər qeydə alınmayıb. Bu isə hadisəni seysmoloji baxımdan unikal edir.

Mümkün səbəblər arasında adaların altında Yer qabığında maqmanın sızması və yayılması qeyd olunub. Digər ehtimal olunan amil kontinental tektonik plitənin nazik hissəsində qırılmada yavaş-yavaş sürüşmənin baş verməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.