Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər

Bu gün, 16:57           
Mineral su, limonad, yoxsa çay? - İsti havada susuzluğu yatırmaq üçün ən yaxşı içkilər
Yayın istisi qarşımıza vacib bir sual qoyur: susuzluğu effektiv şəkildə yatırmaq və orqanizmə zərər verməmək üçün nə içmək yaxşıdır? Bu problem xüsusilə havanın temperaturu 30 dərəcədən yuxarı qalxdıqda aktuallaşır.

Oxu.Az-ın kp.ru-ya istinadla verdiyi xəbərə görə, rusiyalı dietoloq Yuliya Çexonina yayda yaxşı hiss etmək üçün ən təsirli içkiləri sadalayıb.

Onun sözlərinə görə, bu şəraitdə mineral su tərkibindəki minerallara görə adi sudan daha üstündür.

"Yayda istiyə və fiziki fəallığa görə biz yalnız maye deyil, həm də vacib mineralları itiririk. Mineral su bu balansı bərpa etməyə kömək edir və baldır əzələlərində spazmların qarşısını alır", - deyə həkim bildirib.

Dietoloqun yayda içməyi tövsiyə etdiyi digər içkilər arasında nanə və reyhanla hazırlanan ev limonadı, qatıq və ayran kimi içkilər, eləcə də təbii meyvə kompotları yer alır.

"Bu içkilər təkcə susuzluğu yatırmır, həm də bədənin maye balansını qorumağa kömək edir. Lakin fərdi əks göstərişlər mütləq nəzərə alınmalıdır", - deyə o izah edib.

Həkim qara və yaşıl çayların da susuzluğu yatırtmaq üçün optimal seçim olduğunu deyib.

"Onlar otaq temperaturunda və ya bir qədər soyudulmuş halda içilməlidir - nə isti, nə də buz kimi soyuq. Belə içki yüngül tonusverici təsir də göstərir", - deyə ekspert əlavə edib.

Çexoninanın sözlərinə görə, isti havalarda qəhvədən isə imtina etmək daha yaxşıdır.

"Bu içki susuzluğu daha da artırmaqla yanaşı, əlavə maye itkisinə səbəb ola bilər", - deyə dietoloq izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.