Taksilərə nəzarət artırılır - Süni intellektin rolu nədən ibarət olacaq? VİDEO

11-07-2025, 16:23           
Taksilərə nəzarət artırılır - Süni intellektin rolu nədən ibarət olacaq?  VİDEO
"Taksi xidməti sahəsində süni intellekt vasitəsilə daha təkmil bir sistem qurulur. Artıq sürücü yalnız qeydiyyatdan keçdiyi avtomobillə xəttə çıxa biləcək. Hətta bir sürücü sistemdə qeydiyyatdan keçibsə, həmin avtomobili başqa bir sürücü idarə edə bilməyəcək".

Bunu nəqliyyat eksperti Elməddin Muradlı Baku TV-nin "Yeni bir səhər" verilişində bildirib.

Onun sözlərinə görə, bu platforma Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanıb. Lakin taksi operatorlarından biri artıq bu sistemi tətbiq etməyə başlayıb. Şirkət sürücülərə nəzarəti gücləndirmək üçün sərnişinlərin dəstəyinə ehtiyac duyur.

"Sürücünün xidməti ilə bağlı məlumatı sərnişinlərdən almağı planlaşdırırlar. Əgər sürücü keyfiyyətsiz xidmət göstərirsə, müştərilərdən xahiş olunur ki, düşəndə ona 5 ulduz verməsinlər. Amma bizim insanlarımız taksidən narazı qalsalar da, sürücünün istəyi ilə ona 5 ulduz verirlər, sonra isə sosial şəbəkələrdə narazılıqlarını dilə gətirirlər", - deyə ekspert əlavə edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru