Serbiya nüvə proqramını dinc məqsədlərlə inkişaf etdirməyə başlayacaq

11-07-2025, 15:38           
Serbiya nüvə proqramını dinc məqsədlərlə inkişaf etdirməyə başlayacaq
"Serbiya milli nüvə proqramının dinc məqsədlər naminə həyata keçirilməsi üçün hazırlıqlara başlayıb".

"Veçernje Novosti" qəzetinin məlumatına görə, bunu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviç deyib.

Onun sözlərinə görə, Serbiya enerji haqqında qanuna dəyişiklik etməklə nüvə enerjisini dinc məqsədlər üçün inkişaf etdirmək imkanını yaradıb:

"Biz enerji təhlükəsizliyinin gələcəyi haqqında düşünməliyik. Bunun üçün yaxşı təməlimiz var, lakin biz onu daha da gücləndirmək istəyirik", - deyə o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru