Rusiyanın hərbi-siyasi rəhbərliyi səfərbərliyi sürətləndirir və bu proses artıq məcburi xarakter alıb

Bu gün, 15:24           
Rusiyanın hərbi-siyasi rəhbərliyi səfərbərliyi sürətləndirir və bu proses artıq məcburi xarakter alıb
Bu gün nəinki Azərbaycan və Ermənistanda, hətta bütün dünyada Rusiyanın Cənubi Qafqazda nüfuzunu itirməsindən danışılır. Amma bu nüfuz itkisi nə spontan, nə də göydən düşmə bir hadisədir, bu, son üç ildə Rusiyanın başladığı işğalçı müharibənin məntiqi nəticəsidir.
Bəs "nüfuz" və "güc itkisi" deyəndə nəyi nəzərdə tuturuq? Bu sualın cavabını növbəti xəbər özündə açıq şəkildə ehtiva edir:
Rusiyada elektron çağırış sistemi tam şəkildə işə düşüb. Bir çox vətəndaşa artıq hərbi qeydiyyata alındıqları barədə bildirişlər göndərilib. Vətəndaşlardan elektron sistemə keçmək, avtorizasiyadan keçmək və şəxsi məlumatları ilə bağlı çıxarış almaq tələb olunur. Çağırışı görməməzlikdən gəlmək mümkün deyil, bir həftə sonra o, avtomatik şəkildə təhvil verilmiş hesab ediləcək. 𝗛ə𝗿𝗯𝗶 𝗸𝗼𝗺𝗶𝘀𝘀𝗮𝗿𝗹ığ𝗮 𝗴𝗲𝘁𝗺ə𝗱𝗶𝘆𝗶𝗻𝗶𝘇 𝗵𝗮𝗹𝗱𝗮, ö𝗹𝗸ə𝗱ə𝗻 çı𝘅ış 𝗺ə𝗵𝗱𝘂𝗱𝗹𝗮ş𝗱ı𝗿ı𝗹𝗮𝗰𝗮𝗾, 𝗸𝗿𝗲𝗱𝗶𝘁 𝗴ö𝘁ü𝗿𝗺ə𝗸, 𝗱𝗮şı𝗻𝗺𝗮𝘇 ə𝗺𝗹𝗮𝗸 𝗮𝗹𝗺𝗮𝗾 𝘃ə 𝘆𝗮 𝘀𝗮𝘁𝗺𝗮𝗾, 𝗮𝘃𝘁𝗼𝗺𝗼𝗯𝗶𝗹 𝗶𝗱𝗮𝗿ə 𝗲𝘁𝗺ə𝗸 𝘃ə 𝗳ə𝗿𝗱𝗶 𝘀𝗮𝗵𝗶𝗯𝗸𝗮𝗿 𝗸𝗶𝗺𝗶 𝗾𝗲𝘆𝗱𝗶𝘆𝘆𝗮𝘁𝗱𝗮𝗻 𝗸𝗲ç𝗺ə𝗸 𝗵ü𝗾𝘂𝗾𝘂𝗻𝗱𝗮𝗻 𝗺ə𝗵𝗿𝘂𝗺 𝗼𝗹𝗮𝗰𝗮𝗾𝘀ı𝗻ı𝘇.
Başqa sözlə, Rusiyanın hərbi-siyasi rəhbərliyi səfərbərliyi sürətləndirir və bu proses artıq məcburi xarakter alıb. Səbəb nədir?
Son həftələrdə Rusiyanın hərbi texnika itkiləri minimuma enib. Amma bu, rus ordusunun daha effektiv döyüş taktikasına keçməsi ilə yox, texnika çatışmazlığının pik həddə çatması ilə bağlıdır. Hazırda hücumların böyük hissəsi demək olar ki, yalnız canlı qüvvə ilə həyata keçirilir. Nəticədə, "top əti"nə olan tələbat sürətlə artır.
Bəs belə vəziyyətə düşmüş bir ölkənin hansı geosiyasi təsirindən danışmaq olar? Bu, artıq ritorik sualdır.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.