Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

8-03-2022, 09:42           
Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Avropa İttifaqına (Aİ) daxil olan ölkələr Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Avropa dövlətləri Rusiyaya qarşı hərbi sahədə istifadə olunan texnologiyalara əlavə məhdudiyyətləri özündə əks etdirən yeni sanksiyalar paketi hazırlamağa yaxındırlar.

Məlumata görə, yeni sanksiyaların bəziləri bu gün - martın 8-də tətbiq oluna bilər.

Qeyd edək ki, bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyen İtaliyanın baş naziri Mario Draqi ilə yeni sanksiyalar paketini müzakirə edəcək.

“Biz sanksiyaların təsirinin maksimuma çatdığına əmin olmalıyıq. Kremlin mülki əhaliyə qarşı ehtiyatsızlığını nəzərə alaraq, yeni sanksiyalar qaçılmazdır", - Ursula fon der Leyen bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru