Nizami rayonunda “Global Engineering and Technology” MTK-nın tikintisinə görə evlərdə çatlar əmələ gəlib? -Şikayət

Bu gün, 15:18           
Nizami rayonunda “Global Engineering and Technology” MTK-nın tikintisinə görə evlərdə çatlar əmələ gəlib? -Şikayət
Ərazidə qaraj tikildiyi üçün yaşayış binasında çatlar əmələ gəlib.

TEREF-ın məlumatına görə, Bakının Qara Qarayev prospekti, Tofiq Abbasov, 65 ünvanında yaşayan sakinlər belə iddia edirlər.

Sakinlər deyir ki, “Global Engineering and Technology” MTK tikinti şirkəti ərazidə qaraj tikir. Buna görə də yaşadıqları binada dərin çatlar əmələ gəlib.

Sakinlər deyir ki, qaraj tikilməsi planı sonradan ortaya çıxıb.

Məsələ ilə bağlı vətəndaşların şikayət etdiyi “Global Engineering and Technology” MTK tikinti şirkəti ilə əlaqə saxladıq. MTK-dan bildirildi ki, ərazidə qaraj tikilmir. Söküntü işləri binanın su hovuzu üçün həyata keçirilirdi. Həmin hovuzlar binanın su ilə təmin olunması və yanğın baş verərsə qarşısının alınması üçün nəzərdə tutulub. Yaxın günlərdə işlər tam yekunlaşacaq. Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz isə nəticə vermədi.
Xezerxeber.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru