Ukrayna tezliklə sənaye əməkdaşlığı hesabına uzaqmənzilli sistemlər əldə edəcək - Merts

Bu gün, 12:24           
Ukrayna tezliklə sənaye əməkdaşlığı hesabına uzaqmənzilli sistemlər əldə edəcək - Merts
Ukrayna yaxın həftələrdə və aylarda uzaqmənzilli sistemlərlə olunacaq.

APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Londonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransında bəyan edib.

“Ukraynaya dəstək yaxın zamanda daha ciddi şəkildə artacaq və bu, xüsusilə də uzaqmənzilli sistemlərin hesabına baş verəcək”, – deyə Merts qeyd edib.

O, həmçinin ümid etdiyini bildirib ki, ABŞ administrasiyası və Konqres son həftələr müzakirə olunan qərarları tezliklə qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru