Macarıstan Ukraynaya qarşı sanksiyalar tətbiq etdi

Bu gün, 11:44           
Macarıstan Ukraynaya qarşı sanksiyalar tətbiq etdi
Macarıstan Ukraynada səfərbərliyə alınmış ikili vətəndaşlığı olan etnik macarın ölümü ilə əlaqədar Ukrayna Quru Qoşunlarının üç vəzifəli şəxsinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə “Telex” nəşri məlumat yayıb.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, sanksiyalar Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanlığı qərargahının kadr idarəsinin rəisi, polkovnik Vitali Tkaçenko, "Qərb" əməliyyat komandanlığının komandiri, briqada generalı Vladimir Şvedyuk və Müdafiə Nazirliyinin Səfərbərlik Departamentinin rəhbəri, polkovnik Roman Yuzvenkoya qarşı tətbiq edilib. Hər üç şəxsin Macarıstan ərazisinə girişi qadağan edilib.

Siyarto həmçinin Macarıstan-Ukrayna münasibətlərinin daha da pisləşəcəyi təqdirdə Ukraynanı "böyük problemlər"lə hədələyib. Bu kontekstdə o, Ukraynaya Avropadan elektrik enerjisi və qazın çatdırılmasının əsas kanalının məhz Macarıstan olduğunu xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru