Britaniya şahzadəsi Harri mərhum anası Diananın bombaları zərərsizləşdirən təşkilata dəstək olaraq hərəkətini təkrarlayıb.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Şahzadə Harri Anqolaya səfər edib və zirehli jiletdə hələ də aktiv minaların basdırıldığı sahədən keçib.
O, bu hərəkəti ilə "Halo Trust" xeyriyyə təşkilatına diqqət çəkmək istəyib. "Halo Trust" mülki əhali üçün təhlükə yaradan keçmiş döyüş bölgələrini minalardan təmizləyir.
Qeyd edək ki, Anqolada minalar 1975-ci ildən 27 il davam edən vətəndaş müharibəsindən sonra qalıb.