Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB

Bu gün, 12:18           
Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB
Kriştiano Ronaldo bütün zamanların ən yaxşı futbolçularından biri hesab olunur və onun kubokları da bunun təsdiqləyir.

O, karyerası ərzində beş “Qızıl top” mükafatı qazanıb.

Valyuta.az Lent.az-a istinadən xəbər verir ki, 2013-cü ildə o, 27,99 faiz səslə "Qızıl top"u qazanaraq Lionel Messinin 4 illik seriyasına son qoyub.

Uzun illər sonra Kriştiano ikinci “Qızıl top”unu xeyriyyə məqsədi ilə satmağa qərar verib. O, nüfuzlu kuboku Londonda həyati təhlükəsi olan xəstəliklərlə mübarizə aparan uşaqlara arzularını yerinə yetirən Britaniya xeyriyyə təşkilatı Make-A-Wish Fondunun xeyrinə hərraca çıxarıb.

Hərracın qalibi “Qızıl top” üçün 600 min avro ödəyən israilli milyonçu İdan Ofer olub.

Oferin 2025-ci ildə xalis sərvəti 25 milyard dollar olaraq qiymətləndirilir və o, hətta Ronaldonun o zamankı agenti Jorje Mendeş ilə birlikdə “Qızıl top”la da poza verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru