“Ermənistan etiraz etdi, İsrail kinayə ilə çiynini çəkdi”
11-04-2016, 21:03
Ermənistan hökuməti Azərbaycan tərəfinin hərbi əməliyyatlarda İsrail istehsalı olan “Naqor” pilotsuz uçuş aparatından istifadə etməsinə görə rəsmi Tel-Əvivə etiraz edib. APA TV-nin məlumatına görə, bu barədə israilli blogger Solomon Mann öz səhifəsində yazıb. Blogger bildirib ki, Ermənistan etirazında İsrailin 1915-ci il hadisələrini soyqırımı kimi tanımaqdan imtina etməsindən də narazılıq ifadə edib: “Lakin İsrail Xarici İşlər Nazirliyi kinayəli şəkildə çiyinlərini çəkərək hesab edir ki, buna görə fikir etməyə dəyməz. Ümumiyyətlə aydın deyil ki, Ermənistan münaqişənin hər iki tərəfini silahla təmin edən Rusiyaya niyə narazılıq etmir? Hələ üstəlik Rusiya Ermənistana silahı kreditlə satır. O ki qaldı narazılıq obyekti olan “Naqor” pilotsuz uçuş aparatına, bu, çox bahalı maşındır. “Naqor”u həm zərbə endirmək, həm də düşmənin raket qurğularının yerini müəyyənləşdirərək məhv etmək üçün istifadə etmək olar. Onun uçuş məsafəsi 1000 kilometrdir və hədəfləri izləmək üçün düşmənin arxa cəbhəsində istifadə olunur”.